YapiKredi Müraciət Forması
Özəl Maraqlı

Saçların erkən ağarmasının səbəbi nədir?

Saçların erkən ağarmasının səbəbi nədir?

Saçların erkən yaşlarda ağarması bir çox insanı narahat edən problemlərdən biridir. Genetik amillərlə yanaşı, bəzi vitamin və mineral çatışmazlıqları da bu prosesə təsir göstərə bilər.

Demokrat.az xəbər verir ki, xüsusilə B12 vitamini, dəmir, mis və folat çatışmazlığı saç sağlamlığı ilə əlaqəli problemlərə yol aça bilər.

Bununla yanaşı, stress, siqaret istifadəsi və qalxanabənzər vəz xəstəlikləri də saçların vaxtından əvvəl ağarmasına təsir edən amillər sırasındadır.

Saç sağlamlığının qorunması üçün balanslı qidalanma, vitamin və mineral ehtiyaclarının qarşılanması tövsiyə olunur.

Qeyd edək ki, qidalanmanın yaxşılaşdırılması saçların ağarmasını mütləq dayandırmır və artıq ağarmış saçların əvvəlki rənginə qayıtmasına zəmanət vermir. Belə hallarda əsas səbəbin müəyyənləşdirilməsi vacibdir.

FH
Fidan Hacızadə
Müxbir