Zona xəstəliyinin yalnız yaşlı insanlarda müşahidə olunduğu ilə bağlı geniş yayılmış fikir mövcuddur. Lakin mütəxəssislər bu xəstəliyin gənc yaşlarda da ortaya çıxa biləcəyini bildirirlər.
Demokrat.az xəbər verir ki, suçiçəyinə səbəb olan varicella-zoster virusu xəstəlikdən sonra orqanizmdə, sinir toxumalarında gizli vəziyyətdə qalır. İllər sonra yenidən aktivləşərək zona xəstəliyinə səbəb ola bilər.
İmmunitetin zəifləməsi, stress, yuxusuzluq və bəzi sağlamlıq problemləri virusun aktivləşməsi üçün risk amilləri hesab olunur.
Xəstəlik zamanı dəridə qızartı, maye ilə dolu qabarcıqlar və ağrılar meydana gəlir. Səpgilər yaranmazdan əvvəl də bədənin müəyyən hissəsində yanma, ağrı və həssaslıq hiss edilə bilər.


