Rumıniyanın aparıcı media orqanları Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan tarixi sülh sazişini geniş işıqlandırıb.
Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Stiripesurse" xəbər portalı Prezident İlham Əliyevin imza mərasimində Donald Trampın bölgədə sülhün bərpasındakı rolunu yüksək qiymətləndirərək onu Nobel Sülh Mükafatına namizəd göstərməyi təklif etdiyini yazıb. Ermənistan tərəfinin də bu təşəbbüsə qoşulduğu qeyd olunub.
"Bursa" nəşri yazır ki, Ağ Evdə imzalanan saziş 35 ildən artıq davam edən münaqişəyə son qoyub və regionda yeni əməkdaşlıq imkanları yaradıb.
"G4Media" imza mərasimindən videomaterial təqdim edərək, Trampın vasitəçiliyi ilə keçirilən görüşün rəsmi atmosferini və liderlərin səmimi münasibətlərini nümayiş etdirib.
"Antena3" xəbər portalı bu hadisəni "möcüzə" adlandıraraq, sülh sazişinin imzalanmasının yalnız siyasi deyil, həm də tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
"News.ro" nəşri bildirir ki, həm Azərbaycan, həm də Ermənistan liderləri Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi üçün birgə müraciət edəcəklər.
"Evz.ro" qəzeti isə vurğulayıb ki, Nobel təşəbbüsü liderlərin Vaşinqton görüşünün simvolik mahiyyətini gücləndirir və Trampın diplomatik səylərinin beynəlxalq səviyyədə tanınmasına xidmət edir.
Rumıniya mediası qeyd edir ki, Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addımdır, Nobel təşəbbüsü isə bu tarixi razılaşmanın rəmzi göstəricisinə çevrilib.