"Dünən sülh sazişi paraflanandan sonra azərbaycanlı həmkarım Ceyhun Bayramovla uzun telefon danışığımız olub".
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə misirli həmkarı ilə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan tərəfi əvvəlcədən Türkiyəyə məlumat vermişdi: "Biz ümumilikdə prosesi hərtərəfli nəzərdən keçirdik. Zəngəzur dəhlizini də müzakirə etdik. Strategiyamızdakı Zəngəzur dəhlizi layihəsi həyata keçərsə, Avropadan başlayıb Asiyanın dərinliklərinə qədər birbaşa gedən bir nəqliyyat dəhlizinin əhəmiyyətli hissəsi olacaq. Bu, Türkiyəni Qafqaz regionu, Xəzər dənizi üzərindən sadəcə Mərkəzi Asiyaya yox, birbaşa türk dünyasına bağlayacaq, türk dünyasını isə Türkiyə üzərindən Avropaya bağlayacaq, Avropanı isə Türkiyə üzərindən Asiyanın dərinliklərinə bağlayacaq”.
Nazir bildirib ki, Azərbaycan qəhrəmancasına mübarizə ilə torpaqlarını işğaldan azad edib: "Azərbaycan torpaqları - Qarabağ bölgəsi təxminən 30 il Ermənistan işğalı altında qaldı. Əlbəttə torpaqların işğaldan azad edilməsi bölgədəki dondurulmuş münaqişənin davamlı sülh müqaviləsi ilə sona çatmasını şərtləndirirdi. Tərəflər arasında uzun müddətdir müzakirələr gedirdi. Dünən Vaşinqtonda sülh sazişi paraflandı, sülh sazişinin imzalanmasını gözləyirik".(APA)