NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır

DÜNYA 09 avqust 2025, 19:04
"Şimali Atlantika Alyansı (NATO) Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır və hər iki ölkə ilə işləməyə hazırdır".

Oxu.Az xəbər verir ki, bu barədə NATO-nun mətbuat katibi Allison Hart bildirib.

"NATO bu prosesə verdiyi töhfəyə görə ABŞ prezidentinə təşəkkür edir", - Hart "X" səhifəsində qeyd edib.

Onun sözlərinə görə, NATO bu hadisələri "regional təhlükəsizliyə doğru mühüm addım" hesab edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top