"Azərbaycan və ABŞ arasında imzalanması planlaşdırılan Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə münasibətlərində yeni mərhələ açır".
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Ekspert bildirib ki, miqyası və dərinliyinə görə digər tərəfdaşlıq sazişlərindən fərqlənən bu sənəd iqtisadiyyat, ticarət, əqli mülkiyyət, təhlükəsizlik və müdafiə kimi geniş sahələri əhatə edir:
"Əvvəlki beynəlxalq tərəfdaşlıqlarda təhlükəsizlik və hərbi əməkdaşlıq kölgədə qalırdısa, ABŞ ilə yeni razılaşmada bu sahələr ön plana çıxır. 907-ci düzəlişin ləğvi isə silah tədarükü və terrorizmə qarşı birgə mübarizə istiqamətində geniş imkanlar yaradır".
Onun sözlərinə görə, bu tərəfdaşlıq yalnız Azərbaycan–ABŞ münasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsinə təsir edəcək:
"ABŞ administrasiyasının dəstəklədiyi sənəd regionun strateji xəritəsini dəyişməklə yanaşı, qlobal güc balansına da təsir göstərə bilər".
Əfsanə Kamal
Demokrat.az