"Vaşinqtondakı tarixi hadisədə çox vacib, bölgə üçün əhəmiyyətli olan bir sıra razılaşmalara gəlindi və aidiyyəti üzrə müvafiq sənədlər imzalandı. ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı birgə müraciətin ünvanlanması məsələsi həmin o vacib razılıq əsasında əldə olunmuş nailiyyətlərdən biri kimi dəyərləndirilə bilər. Çünki uzun müddətdir ki, Minsk qrupu mövzusu ətrafında, xüsusilə də Ermənistan siyasi dairələri və onların havadarları tərəfindən spekulyativ müzakirələr aparılırdı"
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Azər Allahverənov deyib.
"Cənab Prezidentin də qeyd etdiyi kimi, separatçılığın tabutuna sonuncu mıx vurulub və bu, Cənubi Qafqaz bölgəsində yeni bir reallıq formalaşdırıb. Bu reallıqda ATƏT-in Minsk Qrupuna yer qalmayıb. 1992-ci ildə ABŞ, Rusiya və Fransa həmsədrlik formatında yaradılmış bu qrup faktiki olaraq status-kvonu qorumaqla məşğul idi. Onlar münaqişəni beynəlxalq hüquq normaları və tarixi ədalət əsasında həll etməkdə maraqlı deyildilər. Əksinə, ermənipərəst siyasət yürüdərək Azərbaycana təzyiq göstərməyə çalışırdılar ki, status-kvonu qəbul etsin və işğalla barışsın".
O bildirib ki, artıq reallıq dəyişib:
"Münaqişə yoxdur, problem öz həllini tapıb, biz post-münaqişə dövrünü yaşayırıq və burada sülh danışıqları gedir. Belə şəraitdə ATƏT-in Minsk Qrupunun mövcudluğuna ehtiyac yoxdur. Faktiki olaraq, qrup fəaliyyətsizdir. Onun tam şəkildə ləğv edilməsi üçün Azərbaycan və Ermənistan tərəfindən birgə müraciət edilib. Vaşinqton görüşündə əldə olunmuş razılıqlardan biri də məhz bu oldu. Bu, siyasi manipulyasiyaların qarşısını alır.
Əvvəllər Ermənistan və onun havadarları Minsk Qrupunu reinkarnasiya edib danışıqlar prosesinə süni fon vermək istəyirdilər. Amma Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində bu alınmadı. Ermənistan rəhbərliyi Azərbaycanın irəli sürdüyü şərti qəbul etdi və birgə müraciət təqdim edildi. Bu, Azərbaycanın sülh gündəliyinin uğurlarından biridir.
Bu qərar Ermənistanın konstitusiyasında yer alan ərazi iddialarının aradan qaldırılması və bunun üçün konstitusiyaya dəyişiklik edilməsi şərtinin reallaşmasını da sürətləndirəcək. Bu iki əsas şərtin yerinə yetirilməsindən sonra sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmayacaq".
Əfsanə Kamal
Demokrat.az