"ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Ağ Evdə keçirilən bu tarixi görüş həm Azərbaycan–ABŞ strateji münasibətlərində, həm də Azərbaycan–Ermənistan sülh prosesində yeni bir mərhələ açdı".
Bunu Demokrat.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. O bildirib ki, Azərbaycan və ABŞ liderlərinin regional bağlantılar, qabaqcıl texnologiyalara və süni intellektə iqtisadi investisiyalar, enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirmək məqsədilə Strateji Tərəfdaşlığın yaradılması üzrə Anlaşma Memorandumu imzalaması iqtisadi inkişafın gücləndirilməsi üçün çox mühüm addımdır:

"Prezident Trampın ABŞ hökumətinin Azərbaycana birbaşa yardımına uzun illər mane olan Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə qərarı dövlət başçımıza, Azərbaycan xalqına qarşı bir jest idi".
Deputat bildirib ki, prezident Trampın iştirakı ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın imzaladığı Birgə Bəyannamə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsini təmin edərək Zəngəzur dəhlizinin reallaşmasını nəzərdə tutur:
"Həmçinin, ATƏT-in Minsk Qrupunun ləğvi üçün birgə məktub ünvanlandı və nəhayət 2026-cı ildə keçiriləcək referendumla Ermənistan Konstitusiyasına dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının çıxarılması baş verəcək. Bununla da, tərəflərin sülh müqaviləsini imzalamasına heç bir maneə qalmayacaq.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən sülh sazişinin mətninin paraflanması, mətnin özünün artıq tam razılaşdırıldığını təsdiqləyir. Paraflama yekun saziş olmasa da, sülhə doğru atılmış mühüm addımdır. Azərbaycan və Ermənistan de-fakto sülh içində olmaqla yekun və dayanıqlı sazişin son mərhələsindədir".
Cavidan Mirzəzadə
Demokrat.az