Prezident İlham Əliyev Vaşinqton zirvəsini fəth etdi. Azərbaycan liderinin ABŞ səfərini məhz bu ifadələrlə qiymətləndirmək olar.
- ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açıldı
- Azərbaycan-Ermənistan sülh danışıqları rəsmi Bakının tələblərinin qəbul edilməsi ilə nəticələndi
Vaşinqton görüşü, imzalanan sənədlər və əldə olunan nəticələr tarixi əhəmiyyət kəsb edir. Hər şey məhz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatiyanın məntiqi sonluğu olaraq, Azərbaycanın maraqlarına uyğun yekunlaşdı.
Azərbaycan Prezidentini ABŞ-a Donald Tramp dəvət etmişdi. Prezident İlham Əliyevin Ağ Evdə qarşılanma mərasimi, Donald Trampla səmimi söhbəti də təsdiq edir ki, Bayden-Blinken administrasiyası dövründə yaranmış problemlər arxada qalıb. Əslində bu səfərə qədər baş verənlər Bakı-Vaşinqton xəttində müsbət tendensiyaların yaşandığını göstərirdi.
Hələ 2024-cü ilin 5 noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə Prezident İlham Əliyev maraqlı bir çıxış etmişdi. Dövlət başçısı Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək, o zaman prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləmiş, diplomatik dillə desək, onun namizədliyini dəstəkləmişdir. Bu, Azərbaycan liderinin nə qədər uzaqgörən olduğunu təsdiqləməklə yanaşı, ABŞ-ın yeni administrasiyasında ölkəmizin mövqelərinin gücləndirilməsi gedişi idi. Həmin vaxt Ermənistan erməni diasporu və lobbisi ilə birlikdə Baydenin xələfi Harrisi dəstəkləyir, demokratların hakimiyyətdə qalması üçün əllərindən gələni edirdilər. Çünki demokratlar Ağ Evdə qalsaydı həm ABŞ-dakı erməni diasporu və lobbisinin mövqeləri qalacaqdı, həm də Ermənistanın anti-sülh planı dəstəklənəcəkdi. Prezident İlham Əliyev isə uzaqgörənliklə Trampı dəstəklədi və hər şey onun dediyi kimi oldu. Tramp prezident seçiləndən sonra erməni diasporu və lobbisinin yaratdığı “bataqlığı” qurutmaq istiqamətində addımlar atdı, eyni zamanda, Azərbaycanla münasibətlərdə Baydenin dövründə yaranmış problemləri aradan qaldırdı. Tramp və İlham Əliyev arasındakı məktublaşma və telefon söhbətləri də problemlərin geridə qaldığını təsdiq edirdi.
Prezident İlham Əliyevin ABŞ-a səfəri isə münasibətlərdə yeni mərhələyə strat verdi. ABŞ-Azərbaycan münasibətləri əməkdaşlıqdan strateji tərəfdaşlığa keçir. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur.

İki ölkə arasındakı strateji tərəfdaşlıq 3 istiqaməti əhatə edəcək:
1. Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar
2. Süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə
3. Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq
Yaradılacaq Strateji İşçi Qrupu bu istiqamətlərin icrasını həyata keçirəcək. Belə ki, regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intelektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.
Prezidentin ABŞ səfərində tarixi məqamlardan biri də “Azadlığı Müdafiə Aktına” edilən 907 saylı düzəlişin icrasının dayandırılması oldu. 1992-ci ildə qəbul edilən bu düzəliş Azərbaycana ABŞ yardımını qadağan edirdi və işğalçı Ermənistanı dəstəkləyirdi. Sonrakı dövrdə bu düzəlişin icrası dayandırılsa da, Əfqanıstan əməliyyatı başa çatan kimi Bayden-Blinken administrasiyası bunu yenidən canlandırdı. Bu qərarın arxasında erməni diasporu və lobbisinin təsirləri aydın görünürdü. Donald Tramp Prezident İlham Əliyevlə görüşdə məhz 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalamaqla ABŞ-Azərbaycan münasibətlərində yeni səhifəni açdı. Bundan sonra ABŞ və Azərbaycan arasında müdafiə sənayesi üzrə əməkdaşlıq da inkişaf edəcək.
Prezident İlham Əliyevin ABŞ səfərinin zirvəsi Vaşinqton danışıqlarının nəticəsi və imzalanan sənədlər hesab oluna bilər. Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı Birgə Bəyannamə rəsmi Bakının bütün tələblərinin qəbul edilməsi ilə diqqət çəkir.
Bəyanamədə Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə birgə müraciətin edildiyi qeyd olunur. Bununla yanaşı, yekun sülh sazişinin imzalanması üçün əlavə addımların atılmasının vacibliyi vurğulanır. Bu o deməkdir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyasını dəyişdirdikdən sonra yekun müqavilə imzalanacaq. Beləliklə, Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü iki tələb qəbul olundu.
Zəngəzur dəhlizi açılır
Birgə Bəyannamədə Azərbaycanın Naxçıvana maneəsiz çıxış əldə etməsi ilə bağlı iki qeyd yer alır.
Birincisi: "Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir"
İkincisi: "Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik"
Bu o deməkdir ki, Azərbaycanın Naxçıvana maneəsiz çıxışı, yəni Zəngəzur dəhlizi tezliklə açılacaq. Bu, Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra irəli sürdüyü əsas strateji xətt idi və Vaşinqton görüşündə bu məsələ rəsmi şəkildə təsdiqləndi. Ermənistan bunu “sülhün kəsişməsi”, ABŞ isə “Tramp marşrutu” adlandırsa da, əsas mahiyyətin Zəngəzur dəhlizi olduğu bəllidir.
Sülh sazişinin paraflanması
Vaşinqtonda Azərbaycan və Ermənistan sülh sazişinin paraflanmasına imza atdı. Bu, yekun sülh sazişi olmasa da, sülhə doğru atılmış ciddi addımdır. 2026-cı ildə Ermənistanda konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirildikdən sonra sülh sazişinin yekun imzalanması təmin olunacaq. Artıq sülh sazişinin önündəki əngəllər aradan qaldırılıb.
Bu nəticənin əsas memarlarından biri ABŞ prezidenti Donald Trampdır. Trampın bu addımı C.Karterin 1978-ci il Kemp-Deviddə Misir ilə İsrail arasında imzalanmış müqavilə ilə müqayisə olunur. ABŞ prezidentinin vasitəçiliyi uğurla nəticələndi.
Bütün prosesin – Cənubi Qafqazda sülhə əsaslanan gələcəyin inşasının başlıca memarı isə məhz Prezident İlham Əliyevdir. Azərbaycan lideri bütün hədəflərinə bir-bir nail olur.
Azərbaycan 2020-ci il Vətən müharibəsində torpaqlarını azad etdi və Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi. Daha sonra qələbənin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı: “Qisas əməliyyatı” da daxil olmaqla keçirilən lokal əməliyyatlar, Laçında sərhəd keçid məntəqəsinin qurulması və digər tədbirlər bu addımlar sırasındadır.
Nəhayət, 2023-cü ildə Azərbaycan 24 saatlıq antiterror əməliyyatı ilə suverenliyini tam bərpa etdi və bölgədəki bütün şərtləri dəyişdirdi.
Prezident İlham Əliyev müharibənin qalib lideri idi, lakin sülhü də qazanmaq əsas hədəflərdən idi və Vaşinqtonda əldə olunan nəticələr son 5 ildə dövlət başçısının həyata keçirdiyi strategiyanın məntiqi sonluğu kimi qiymətləndirilə bilər. Azərbaycan 2022-ci ilin əvvəlində sülh müqaviləsinin əsasını təşkil edən “5 əsas prinsipi” Ermənistana təqdim etdi.
1. Bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması
2. Bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməmək
3. Bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək
4. Sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması
5. Kommunikasiyaların açılması
Daha sonra razılaşdırılan sülh sazişinin mətni də Azərbaycan tərəfindən hazırlanıb. Lakin Ermənistan danışıqları imitasiya etməyə çalışır, sülh prosesini pozurdu. Xüsusilə 2023-cü il antiterror əməliyyatına qədər Ermənistan Qarabağda yaşayan erməni sakinlərin məsələsinə dair bəndin salınmasını layihəyə təkid edirdi. Azərbaycan isə prinsipial olaraq vurğulayırdı ki, ölkənin daxili məsələsi dövlətlərarası sənədin subyekti ola bilməz. Ermənistan bu prosesdə öz havadarlarına arxalanırdı. Bayden-Blinken administrasiyası, Fransa Prezidenti Makron öz gündəliklərini Azərbaycan-Ermənistan normallaşma prosesinə sırımağa can atır, xüsusilə Azərbaycana qarşı çirkin kampaniya apararaq, təzyiq etməyə çalışırdı. Lakin antiterror əməliyyatından sonra Ermənistan da daxil olmaqla bölgədə maraqları olan bütün tərəflər reallığı qəbul etməyə məcbur oldu.
- Minsk qrupunun buraxılması ilə bağlı müraciət qəbul olundu
- Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsini öz əksini tapdı
- Zəngəzur dəhlizinin açılması rəsmiləşdi
Prezidentin Vaşinqton səfəri və imzalanan sənədlər həm də anti-Azərbaycan qüvvələrin – Makronun, keçmiş qondarma qurumu “tanıyan” fransız deputatların, Avropa Parlamentinin, Qərb mediasının, Amnesty International, Human Rights Watch, erməni lobbisinin, ANCA-nın məğlubiyyəti, Azərbaycanı sanksiya, təcridlə hədələyənlərin, Borellərin, Frenk Pallonelərin, Adam Şifflərin iflasıdır.
Beləliklə, müharibədə qalib gəlmiş Prezident İlham Əliyev sülhü də qazandı.
Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru