Avtomobil təmir sexinə çırpılıb, 3 nəfər xəsarət alıb

HADİSƏ 09 avqust 2025, 20:02
Ağstafada avtomobil təmir sexinə çırpılıb, 3 nəfər xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq avtomobil təmir sexinə və sexdə olan “Mercedes” markalı avtomobillə çırpılıb.

Qəza nəticəsində, 1996-cı il təvəllüdlü T.İbrahimov, 1992-ci il təvəllüdlü M.Həsənli və 2002-ci il təvəllüdlü K.Mehdizadə xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top