
FIFA "Çelsi"yə klublararası dünya çempionatı 2029-a avtomatik vəsiqə verə bilər.
Oxu.Az "The Times"a istinadən xəbər verir ki, FIFA növbəti turnir üçün təsnifat planını bu yay müəyyən edəcək.
Xatırladaq ki, "Çelsi" bu yay ABŞ-də keçirilən yenilənmiş klublararası dünya çempionatının qalibi olub.
Finalda londonlular PSJ-ni 3:0 hesabı ilə məğlub ediblər.