BMT Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyir

DÜNYA 09 avqust 2025, 20:20
"BMT-nin baş katibi Antonio Quterreş ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın Birgə Bəyannamə imzalamasını alqışlayır və bunu iki ölkə arasında münasibətlərin normallaşması yolunda mühüm mərhələ hesab edir".

Oxu.Az xəbər verir ki, bu barədə təşkilat rəhbərinin ofisinin yaydığı məlumatda deyilir.

"Baş katib Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın davamlı dialoq, Prezident Donald Trampın isə danışıqlara sadiqliyini alqışlayır. Baş katib Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün BMT-nin bütün səylərə güclü dəstəyini bir daha təsdiqləyir", - deyə bəyanatda vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top