Ərdoğan regionda sülh gündəliyində nümayiş etdirdiyi liderliyə görə İlham Əliyevi təbrik edib

GÜNDƏM 09 avqust 2025, 18:33
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda sülh gündəliyinin irəli aparılmasına nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevi təbrik edib.

"Report" xəbər verir ki, bunu Türkiyə dövlət başçısı avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə regionda sülhü və sabitliyi daim dəstəkləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top