"Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Birləşmiş Ştatlara səfəri dünya gündəmində mühüm hadisələrdən biri olaraq yadda qalacaq".
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov deyib.

O bildirib ki, 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsindən bu günə qədər zaman-zaman himayə olunmuş ermənilərin ilk dəfə olaraq tarixdə sülhə məcbur olunması prosesini gördük:
"Bu hadisə böyük bir tarixi əhəmiyyətə malik olmaqla yanaşı, həm də belə böyük bir qarantiyalı ölkənin iştirakı ilə olması bu məsələyə birdəfəlik nöqtə qoyulmasına əsas verir.
Biz hələ o vaxtlar deyirdik ki, bütün hallarda Türk dünyasını birləşdirən, Türkiyə, Azərbaycan və Mərkəzi Asiyadakı Türk dövlətlərini, böyük Türküstanı birləşdirən quru yolumuz olacaq. Bu, yeni bir addım, yeni bir dönüşdür, bizim Qarabağ zəfərimizin davamıdır və Göyçə, Zəngəzura açılan yolumuzdur, Türk dünyasının birlik yoludur. XXI əsr - Türk əsri artıq reallaşır. Bu yolun strateji, kommunikasiya əhəmiyyətindən daha çox siyasi, mənəvi əhəmiyyəti vardır. Həm ayrı düşmüş Naxçıvanla, həm Türkiyə ilə Azərbaycan arasında birbaşa quru yolunun açılması deməkdir. Eyni zamanda Çin və Avropanı, Şərqlə Qərbi birləşdirən böyük İpək yolunun bərpasıdır".
İlham İsmayılov deyib ki, 44 günlük savaşda uzun illər işğaldan sonra Qarabağı tam və qəti azad etməyimiz, bütün dünyada qlobal siyasi müstəvidə Azərbaycanın nüfuzunu artırdı:
"Aparılan məqsədyönlü xarici siyasət, qonşularla, yeri gəldikdə iradə göstərilməsi, yeri gəldikdə diplomatik əlaqələrin qurulması uzaqgörən siyasətin nəticəsidir.
Prezident-xalq birliyi, Ordu-Prezident birliyi bizim möhtəşəm qələbəmizi təmin elədi və erməniləri sülhə məcbur etdi. Bu gün əslində qalib Azərbaycandır, torpaqlarımızı geri qaytardıq, Qarabağ təmizləndi və Zəngəzurun açılması ilə bağlı möhtəşəm razılaşma əldə olundu.
44 günlük Qarabağ savaşında və sonrakı antiterror əməliyyatında nail olduğumuz qələbələrdə qətiyyət göstərən Ali Baş Komandan cənab Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan Ordusunun, şəhidlərimizin bu günkü sülh sazişinin paraflanmasında xidmətləri misilsizdir. Bu gün biz onları unutmuruq, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik, Azərbaycan Ordusuna, həm birinci, həm ikinci Qarabağ müharibələrində döyüşən qazilərimizlə, bütün əsgərlərimizlə qürur duyuruq. Onların başladığı yol bizi bu günə gətirib çıxartdı. Bu gün onların da qələbəsidir".
İlham İsmayılovun sözlərinə görə, biz burada erməniləri sülhə məcbur etməklə yanaşı, eyni zamanda ABŞ kimi böyük bir dövlətlə strateji tərəfdaşlığımızın əsasını qoyduq:
"Yəni bu qələbənin içində daha bir uğur əldə etdik. Bu bizə daha böyük perspektivlər verir, uzunmüddətli sülh verir, inkişaf verir. Amerika ilə müttəfiqliyimiz gələcəkdə digər qonşulara, aqressiya ilə yanaşan qonşularımıza qarşı güclənməyimizə, bizim Türkiyə ilə yolumuzun birləşməsinə səbəb oldu.
Bu paraflanma sazişinin imzalanması yeni strateji tərəfdaşlıq, əməkdaşlıq, yeni layihələr, yeni investisiyalar cəlb olunması deməkdir. Bölgənin çiçəklənməsi, inkişafı, uzun illər blokada şəraitində qalmış Naxçıvanın yenidən quru yolla ölkəmizin əsas hissəsi ilə birləşməsi, yeni perspektivlər açılması deməkdir. Eyni zamanda, inanırıq ki, ölkə daxilindəki proseslərə də təsir edəcək.
Bu o deməkdir ki, Azərbaycanın tərəfdaşlığı, yəni bu günkü nailiyyətləri, 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa Dəstək Haqqında Akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişin 33 ildən sonra ləğv olunmasına səbəb oldu. Artıq tərəfdaş kimi Amerikanı qane edən tərəflər var və digər, həlli mümkün olan bütün problemlərin həll olunmasını gözləyirik.
Orada qaldırılan məsələlərdən biri bizim cənab Prezidentin Donald Trampın Nobel Sülh Mükafatına təqdim olunmasını təklif etməsi oldu. Həqiqətən real sülhə nail olunursa, niyə də Tramp bu mükafatı almasın? Vaxtilə Bakıda qırğın törətmiş, 20 Yanvar hadisələrinin birbaşa göstərişini vermiş Qorbaçov Nobel Sülh Mükafatını aldı. Biz ona nə eləyə bildik ki, hətta ikrahla müşahidə etdik. Orada cənab Prezident vurğuladı ki, hətta bəzən layiq olmayan şəxslər alıb. Ona görə də bu gün real olaraq on illərlə davam edən bir münaqişəyə son qoyulursa, doğrudan da Trampın Nobel Sülh Mükafatını alması tam yerindədir, layiqdir və ictimaiyyət olaraq biz bunu müdafiə etməliyik".
Cavidan Mirzəzadə
Demokrat.az