Yunanıstan mediası: Ağ Evdə tarixi sülh — Ermənistan və Azərbaycan yeni səhifəyə qədəm qoydu (FOTOLAR)

MEDİA 09 avqust 2025, 16:46
Yunanıstanın nüfuzlu media orqanları Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan Birgə Bəyannaməni geniş işıqlandırıb.

Demokrat.az  AZƏRTAC-a istinadən xəbər verir ki, "Naftikachronika" nəşri yazır ki, "Şəhadətli razılaşmada tərəflər münaqişəyə tamamilə son qoyacaq, ticarət və diplomatik əlaqələri bərpa edəcək, suverenlik və ərazi bütövlüyünü qarşılıqlı tanıyacaqlarını bəyan ediblər". Bu addımın "Ağ Evdə tarixi sülh sənədi" imzalamaqla nəticələndiyi vurğulanır. Məqalədə, həmçinin sülh prosesində Trampın roluna görə Nobel Sülh Mükafatına layiq görülməsi ideyası qeyd olunub.

"Tanea" xəbər portalına görə isə Tramp Vaşinqton görüşünün "Sülhü yekunlaşdırdığını" təsdiqləyib və liderlərin sammitə qarşılıqlı inam atmosferində qatıldığı qeyd olunub.

"Business Daily" nəşri qeyd edir ki, bu görüş "dörd onillik münaqişəyə son qoyan" və Moskvanın bölgədəki təsirini şüurla azaltmağa yönəlik strateji addım kimi qəbul edilib.

"Capital.gr" saytı, "CNN Greece" televiziyası və digər media qurumları da Vaşinqton razılaşmasını işıqlandırıb.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top