Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları yenilənib. Belə ki, "Tibb" ixtisası üçün illik təhsil haqqı 6 500 AZN, "Stomatologiya" ixtisası üçün 6 000 AZN, "Əczaçılıq", "Fizioterapiya", "İctimai səhiyyə" və "Tibb bacısı" ixtisasları üçün isə 5 000 AZN müəyyən edilib.
Bəs görəsən, gənclərin təhsil üçün xaricə üz tutduğu ərəfədə, ölkədə həkim qıtlığı mövcud olan situasiyada bu artım doğru addımdırmı?
Təhsil eksperti Qoşqar Məhərrəmov Oxu.Az-a açıqlamasında məsələyə münasibət bildirib.
O qeyd edib ki, Azərbaycanda, ümumiyyətlə, təhsil haqları ləğv olunmalıdır:
"Bunun mümkünlüyünə inanıram. Universitetlərə ayrılan fondlar artırılarsa, bu, reallaşa bilər. Məsələn, 80 milyon əhalisi olan Türkiyədə illərdir, bu təcrübə tətbiq olunur, təhsil pulsuzdur. Azərbaycanda isə təhsilin keyfiyyəti hələ də istənilən səviyyədə deyil".
Ekspertin sözlərinə görə, yüksək təhsil haqları fonunda Şərqi Avropa ölkələrində və Türkiyədə oxumaq tələbələr üçün daha sərfəli görünür:
"Azərbaycanda təhsil haqqı ilə yanaşı, kirayə, yataqxana və digər xərcləri də nəzərə alsaq, valideyn üçün övladını xaricdə oxutmaq bəzən daha ucuz başa gəlir. Bu isə tələbə axınının ölkədən kənara yönəlməsinə səbəb olacaq".
Qoşqar Məhərrəmov əlavə edib ki, artıq bir çox tibb tələbəsi ali təhsilin yuxarı kurslarında Almaniya və Türkiyədə rezidenturaya hazırlaşır:
"Biz onsuz da onları son illərdə itiririk. Artıq birinci kursdan belə xaricə üz tutanlar olacaq. Tələbə aldığı təhsilin ödədiyi məbləğə mütənasib olmadığını gördükdə universiteti yarıda saxlayıb xaricdə davam edir. Ona görə də təhsil haqqı nəinki artırılmamalı, hətta pulsuz olmalıdır".