Putin Trampa şərt irəli sürüb

DÜNYA 16 avqust 2025, 22:13

Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı münaqişənin dayandırılması üçün şərt irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Belə ki, Putin Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin bütün ərazisini tərk etməsi şərti ilə Zaporojya və Xerson vilayətlərində cəbhə xəttinin dondurulmasını təklif edib.

Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə telefon danışıqlarında bu təklifi çatdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 avqust 2025, 00:12
Top