"15 avqustda Alyaskada Donald Trampla Vladimir Putin arasında keçirilən görüşün konstruktiv keçdiyi bildirilsə də, Ukraynada müharibənin dayandırılması ilə bağlı hər hansı bir razılıq əldə olunmadı. Dövlət başçılarının mətbuat konfransında qısa şərh verərək jurnalistlərin suallarını cavablandırmaması, görüşdə əsaslı nəticə əldə olunmadığını göstərdi".
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, Tramp növbəti görüşün Zelenskinin iştirakı ilə üçlü formatda keçiriləcəyini bildirdi. Amma bu üçlü formatın nə vaxt keçiriləcəyi ilə bağlı bir məlumatın verilməməsi, danışıqlarda hələ də qeyri-müəyyənliyin qalması qənaətinə gətirir:

"Ümumiyyətlə, 3 saata qədər qapalı davam edən görüşdə nələrin müzakirə olunduğu ilə bağlı hələ ki, bir məlumat verilmədi. Amma Donald Trampın Rusiyaya yeni sanksiyaların tətbiqini bir müddətə dayandıracağını bildirməsi, hələ də danışıqlar prosesinin davam etdirilməsinə və hər hansı bir nəticəyə nail olunacağına ümidli olduğu deməkdir.
Donald Tramp Ukraynada müharibənin dayandırılmasının Zelenskinin qərarından asılı olacağını bildirdi. Sual olunur ki, Zelenski ərazilərini Rusiyaya güzəştə getməyə razı olacaqmı? Yəni, Alyaskada keçirilmiş görüşdən sonra qeyri-müəyyənliklər çoxalıb. Nəticəsinin necə olacağını isə zaman göstərəcəkdir.
Cavidan Mirzəzadə
Demokrat.az