Rusiya baş nazirinin müavini Aleksey Overçuk Nikol Paşinyanın tezliklə Rusiyaya səfər edəcəyini açıqlayıb. Bəs bu səfərin məqsədi nədən ibarətdir?
Bu barədə Demokrat.az-a danışan siyasi şərhçi Elçin Xalidbəylinin sözlərinə görə, Rusiya və Ermənistan arasında münasibətlər olduqca qəliz xarakter daşıyır:

"Çünki Paşinyan hakimiyyəti Ermənistanı Qərbə doğru sürükləyir. Lakin bu, Ermənistan üçün olduqca problemli strategiyadır. Çünki Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiya bazarlarından asılıdır. Rusiya bazarlarından məhrum qalsa, Ermənistan iqtisadiyyatı tamamilə çökə bilər.
Digər tərəfdən, Rusiyanın patronajlığı altında olan Avrasiya İqtisadi İttifaqı da Ermənistan iqtisadiyyatı üçün xüsusi rol oynayır. Bu qurumun verdiyi güzəştlər və ticarət əlaqələri Ermənistan üçün həyati önəm daşıyır. Həmçinin, Ermənistanın əsas müəssisələri Rusiya şirkətlərinə aiddir. Bu səbəbdən Ermənistan iqtisadiyyatının idarə olunmasında Rusiya xüsusi rola malikdir".
Elçin Xalidbəyli bildirib ki, hazırda yayılan bəzi məlumatlara görə, Kreml Ermənistanda hakimiyyətin dəyişdirilməsinə hazırlaşır:
"Ehtimal olunur ki, gələn il baş tutacaq seçkilərdə Paşinyan hakimiyyətinin dəyişdirilməsi üçün israrlı cəhdlər göstərilsin. Təbii ki, bunlar Paşinyan hökumətini narahat edir və bu narahatlıq İrəvanın manevrlərində də özünü göstərir. Ona görə böyük ehtimalla İrəvan çalışır ki, Rusiya tam qıcıqlanmasın, Rusiya ilə müəyyən balansın qorunmasında cəhdlər göstərsin. Hesab etmək olar ki, Paşinyanın Rusiyaya növbəti səfərində Kremllə münasibətlərin yumşaldılmasına cəhd göstərilə bilər.
Vaşinqtonda 8 avqustda əldə olunan razılaşmalar Kremldə Ermənistana qarşı qıcıq yaradıb. Bütün bu proseslər Ermənistanda daxili gərginliyin artmasına səbəb ola bilər. Belə bir gərginliyin, xaosun başlamaması üçün Paşinyan hakimiyyəti seçkilər ərəfəsində daha ehtiyatlı davranmaq məcburiyyətindədir və Rusiya ilə bəzi məsələlərdə anlaşma əldə etməyə çalışa bilər".
Cavidan Mirzəzadə
Demokrat.az