Şabranda ağır QƏZA: 9 nəfər xəsarət aldı

HADİSƏ 16 avqust 2025, 13:49
Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Ağalıq kəndi ərazisindən keçən hissəsində ağır qəza olub.
 
Demokrat.az xəbər veirr ki, TƏBİB-in yaydığı məlumata görə, yaralanan şəxslər Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb.
 
"Şabran rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 9 nəfər (3-kişi, 6-sı qadın) Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 
Hadisə nəticəsində xəsarət alan şəxslərə kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin açıq yaraları, müştərək travma və müxtəlif nahiyələrin sınıqları diaqnozları təyin olunub.
 
Vəziyyəti ağır qiymətləndirilən 1968 və 1986-cı il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində, 1972-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır qiymətləndirilib və müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
 
1979 (kişi), 1981 (qadın), 1985 (qadın) və 1986-cı il təvəllüdlü (qadın) şəxslər zəruri təcili tibbi yardımlar göstərildikdən sonra Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
 
1994 və 2001-ci il təvəllüdlü şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir" – məlumatda qeyd edilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 avqust 2025, 17:40
16 avqust 2025, 15:49
Top