Avtobuslarda QR-kodla ödəniş problemi: Kim məsuliyyət daşıyır?

GÜNDƏM 13 oktyabr 2025, 20:22
"Daşıyıcı şirkətlər QR-kodla ödənişlə bağlı məsələyə daha ciddi və məsuliyyətli yanaşmalıdırlar. Hər bir avtobusda gediş haqqını göstərən tablo yerləşdirilməlidir ki, sərnişinlər ödəniş məbləği barədə aydın məlumat əldə etsinlər. Bu, həm şəffaflığın təmin olunması, həm də yanlış anlaşılmaların qarşısının alınması baxımından vacibdir".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

O, bildirib ki, sərnişinlər gediş haqqının məbləğini dəqiq bilməli və ödənişi həmin qaydalara uyğun şəkildə etməlidirlər:

"Əgər QR-kodla ödəniş sistemində texniki nasazlıqlar və ya anlaşılmazlıqlar mövcuddursa, bu problemlər müvafiq qurumlar tərəfindən operativ şəkildə aradan qaldırılmalıdır. Çünki belə halların uzanması sərnişinlər arasında çaşqınlıq yaradır, ictimai nəqliyyata olan etimadı azaldır və insanların bu xidmətlərdən rahat istifadə imkanlarını məhdudlaşdırır".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top