YapiKredi Müraciət Forması
Hava

Bu tarixdən hava dəyişəcək

Bu tarixdən hava dəyişəcək

Noyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

İranla sərhəddə insident - Atəş açıldı (FOTO)
Bakıda da istifadə edilir: Təhlükəli bakteriya aşkarlandı - Açıqlama
Kredit borcunu ödəyə bilməyənlərə şad xəbər – FOTO

Azərbaycanın rayonlarında gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Noyabrın 2-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-22° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.