Rusiya Müdafiə Nazirliyi ötən gecə ölkənin müxtəlif bölgələrində Ukraynaya məxsus 212 pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini iddia edib. Dronların ölkənin 18 regionu, həmçinin Qara və Azov dənizləri üzərində ələ keçirildiyi bildirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.
Məlumata görə, hava hücumundan müdafiə qüvvələri Bryansk, Kursk, Belqorod, Tula, Kaluqa, Voronej, Oryol, Pskov, Lipetsk, Saratov, Samara, Ryazan, Rostov və Tambov vilayətləri, Moskva regionu, Krasnodar diyarı və Krım üzərində dronları vurub.
Belqorod vilayətinin əməliyyat qərargahı isə Stari Oskol şəhərində pilotsuz aparatın düşməsi nəticəsində çoxmənzilli binanın fasadının zədələndiyini açıqlayıb. İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, oktyabrın 31-də Voronej vilayətində vurulan dronların qalıqlarının yaşayış evlərinə və avtomobillərə zərər vurduğu bildirilmişdi.
Jalə


