Bakı-Qazax magistral yolunun Goranboydan keçən hissəsində qəza olub.
Demokrat.az xəbər verir ki, "VAZ" markalı minik avtomobili idarəetmədən çıxaraq arxadan yük avtomobilinə çırpılıb.
Qəza zamanı avtomobildə olan ailənin 5 üzvü xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb, hazırda onların vəziyyəti orta-ağırdır.


