“Bəzi qeyri-ixtisas fənnləri ilə tələbələri yükləmək düzgün deyil. Amma qeyri-ixtisas fənnləri tələbənin ümumi dünya görüşünü, analitik düşüncə qabiliyyətini artırır, ona görə bu fənnləri tədrisdən çıxarmaq düzgün deyil. Sadəcə bu gün Azərbaycan reallığında bu fənnləri formal olaraq keçərək tələbənin zamanını almaq da doğru yanaşma deyil”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. Onun sözlərinə görə, mühəndislik ixtisasında oxuyan bir tələbəyə fəlsəfə keçsək, bu, onun üçün maarqsız ola bilər:
“Amma biz onun ixtisası ilə əlaqəli formada, fənnlərarası əlaqəni tətbiq etməklə bunu reallaşdırsaq, bu, tələbə üçün maraqlı olar. Həm də tələbəyə əlavə bacarıqlar qazandırmış olacaq. Qeyri-ixtisas fənnlərinin məzmununda dəyişiklik etsək, həm tələbə üçün maraqlı, həm də faydalı olar.
Bəzi ölkələrdə hansı fənnlərin keçiriləciyi tələbə seçir, bu seçim tələbəyə verilib. Bu, daha çox Almaniyada tətbiq edilir. Təkcə qeyri-ixtisas fənnlərini yox, hətta hansı ixtisas fənnlərini seçəcəyinə də tələbə özü qərar verir. Düşünürəm ki, bu da çox maraqlı yanaşmadır, biz də universitetlərdə fənn seçimini tələbənin qərarına buraxsaq, daha yaxşı olar”.
Cavidan Mirzəzadə
Demokrat.az