“Ərdoğan heç vaxt uğursuz olmur, heyrətamizdir”

DÜNYA 13 oktyabr 2025, 22:11
ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Qəzza məsələsində ona verdiyi dəstəyi yüksək qiymətləndirib.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu fikirləri Yaxın Şərq Sülh Sammitində səsləndirib.

O, Türkiyə Prezidentinin son illərdə bir çox regional münaqişələrin həllində mühüm rol oynadığını vurğulayıb:

“Son zamanlar baş verən bəzi münaqişələrə baxsanız, Türkiyə Prezidenti onların həllində ön sırada idi və qalib gəlirdi. Türkiyə dünyanın ən güclü ordularından birinə sahibdir. Hər dəfə ona ehtiyacım olanda, o, mənim yanımda olub. Mən Prezident Ərdoğana təşəkkür etmək istəyirəm. O, heç vaxt uğursuz olmur, o, heyrətamizdir. Ona görə də dostluğa görə sizə təşəkkür edirəm.”

Qeyd edək ki, sammitdə Azərbaycan Prezidenti ilə yanaşı bir sıra Yaxın Şərq ölkələrinin liderləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top