Tramp İlham Əliyevə təşəkkür edib

GÜNDƏM 13 oktyabr 2025, 23:09
"Biz daha bir müharibəni həll etdik - Ermənistanla Azərbaycan arasında".

Bunu ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində bəyanatla çıxış edərkən deyib.

Ermənistanla Azərbaycan arasında münaqişənin həllindən danışan Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə avqustun 8-də keçirilmiş görüşünü xatırlayıb:

"Mən onlarla Oval Ofisdə görüşəndə bir-birinə əks tərəfdə oturmuşdular. Təxminən 32 il vuruşdular, amma işimizi bitirdiyimiz zaman hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox yaxşı anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, inanılmazdır", - deyə Tramp əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top