Azərbaycanda sürətlə yayılan qəhvəyi mərmər bağacığına qarşı necə mübarizə aparmaq olar?

GÜNDƏM 14 oktyabr 2025, 00:26
Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planının icrası məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları Şəki və Qax rayonlarında sakinlərlə maarifləndirici görüşlər keçiriblər.

İstehsal müəssisələrində, ictimai iaşə obyektlərində təşkil olunan görüşlərdə Qəhvəyi mərmər bağacığının yayılma xüsusiyyətləri, təsərrüfata vurduğu zərər və ona qarşı effektiv mübarizə üsulları barədə geniş məlumat verilib.

Bu barədə AQTA məlumat yayıb.

Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır.

Bildirilib ki, yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də sakinlərin zərərvericiləri mexaniki üsullarla toplayaraq məhv etməsi xüsusilə vacibdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top