ABŞ prezidenti: "Biz sülh planının üçüncü və dördüncü mərhələsindəyik"

DÜNYA 13 oktyabr 2025, 22:52
Tərəflər Qəzza zolağında vəziyyətin nizamlanması planının üçüncü və dördüncü bəndlərini həyata keçirməyə başlayıblar.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb.

Yaxın Şərq Sülh Sammitinin yekunlarına dair çıxış edən Tramp regionda uzunmüddətli sülh üçün bütün ilkin şərtlərin olduğunu bəyan edib.

"Birgə işləyib hazırladığımız 20 bəndlik plana sadiqlik bu parlaq gələcəyə nail olmaq üçün zəruri zəmin olardı. Biz hazırda bunun üzərində işləyirik. Biz üçüncü və dördüncü mərhələdəyik", - ABŞ lideri qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top