Afət Fərmanqızıdan Zaura XƏBƏRDARLIQ: "Lazım olsa, telekanal açaram"

ŞOU-BİZNES 13 oktyabr 2025, 16:50
Müğənnilər Afət Fərmanqızı aparıcı Zaur Nəbioğluna video çəkərək müraciət ünvanlayıb.

Demokrat.az Milli.Az-a istinadən xəbər verir ki, həmkarı Vəfa Şərifova qalmaqalın onun efirində qabardıldığını bildirən ifaçı teleaparıcıya qadağa qoyub.

"Dostum Zaur Nəbioğlu üçün bu müraciəti yayımlayıram. Az öncə də sənə səs göndərdim. Verilişindən mənimlə bağlı şəklimik, adımı da yığışdır. Dostluğumuz isə öz yerində qalır. Mən evimdə öz işimlə məşğul olarkən, Vəfanı ora çağırıb mənimlə bağlı mövzunu qabartdıqda, sənin verilişində mənə şər-böhtan atılır. Düzdür ki, mənim cavablandırmağım üçün şərait yaratdın. Ancaq sən deməli idin ki, Afətin xəbəri yox idi, burada Vəfa ondan danışmağa başladı. Bunu etmədiyin üçün izləyicilərim stress yaşayırlar. Mənim vecimə deyil. "Akula"larla vuruşub qalib olan Afət Fərmanqızıyam.

Mənə veriliş lazım olsa, dostlarım var. Tolik Vəfa ilə səndən yaxındır. Ehtiyac bilsə, elə veriliş edərdi ki, yer yerindən oynardı, reytinqi də özü götürərdi. Mənə lazım deyilsə, yekəxanalıq kimi çıxmasın, nəinki veriliş, telekanal açaram. Buna qüvvəm var".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top