“Xəzər dənizinin suyunun səviyyəsini çəkilməsi ilə bağlı vəziyyət əlbəttə ki, kritikləşməkdə davam edir. Son 30 ildə xırda istisnalar olmaqla dənizin səviyyəsinin 3 metrə qədər enməsi, sahil zonalarında böyük ərazilərin sudan azad olmasına səbəb olub. Elə ərazilər var ki, hətta bir neçə kilometr dəniz çəkilib. Bu ərazilərin bir çoxunda hətta özünəməxsus bitki örtüyü əmələ gəlib”.
Bunu Demokrat.az-a ekoloq Rövşən Abbasov deyib. O bildirib ki, baş verən çəkilmələr ilk növbədə gəmiçilik sektoruna ciddi təsir edib:
“Gəmilərin sahilə yan alması Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanda nisbətən də İranda çətinləşib. Gəmilərin hərəkəti üçün lazım olan kanalları get-gedə daha çox dərinləşdirmək lazım olur və bu da xərcləri artırır. Məsələn, Volqa çayı ilə Xəzəri birləşdirən gəmiçilik kanalı artıq iqtisadi baxımdan o qədər də effektiv deyil. Bu da Volqa çayından Xəzərə və geriyə hərəkət edən gəmilər üçün böyük çətinliklər yaradır.
Bu çəkilmələr biomüxtəlifliyə də ziyan vurur. Çaylarla dəniz arasında olan təbii ekoloji koridorlar artıq kəsilib. Bu koridorlar əvvəl balıqların dənizdən çaylara keçməsinə, orada kürü tökməsinə imkan verirdisə, indi bu artıq problemə çevrilib. Həmçinin, sahil zonalarında yaşayan əhali üçün balıqçılıq imkanları xeyli məhdudlaşıb”.
Cavidan Mirzəzadə
Demokrat.az