Deputat nikahdankənar doğulan uşaqlardan DANIŞDI — “Çox acınacaqlı haldır”

GÜNDƏM 13 oktyabr 2025, 17:24
“Nikahdankənar doğulan uşaqların çox olmasına səbəb nəzarətsizlikdir. Ümumiyyətli biz ailə instituna daha fərqli yanaşmalıyıq, onun sosial vəziyyətini öyrənməliyik. Təbii ki, bu istiqamətdə müəyyən işlər gedir, amma biz bütövlükdə ailənin gəlib düşdüyü vəziyyəti düşünməliyik”. 

Bunu Demokrat.az-a millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, bu, təkcə bir komitə ilə bağlı olmamalıdır:

“Tutaq ki, işsizlikdən əziyyət çəkir, bununla kim maraqlanmalıdır? Ona görə iş yerlərinin açılmasına, sosial həyatın canlanmasına ehtiyac var. Bölgələrdə mədəni həyatın inkişafına ehtiyac var ki, ailə sütunu bu qədər tez dağılmasın. İnsanlar təhsildən uzaqlaşdıqca, mədəni səviyyə aşağı düşür, ailələrdə problemlər yaranır. Nikahdankənar uşaqların doğulması prosesində daha çox təhsilsiz, dünyagörüşü məhdud insanlar rol alır. Çox acınacaqlı haldır. Bunların açıq müzakirəsi aparılmalıdır ki, necə edək qarşısını alaq”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top