Namiq Qaraçuxurlu ilk dəfə xanımı ilə bağlı paylaşım etdi — FOTO

ŞOU-BİZNES 13 oktyabr 2025, 00:27

Meyxanaçı Namiq Qaraçuxurlu ilk dəfə xanımı ilə foto paylaşıb.

Axşam.az xəbər verir ki, sənətçi toylarında lentə alınan şəkli instaqramda paylaşıb. O bildirib ki, bu gün onların evlilik ildönümüdür:

“12 oktyabr mənim üçün özəl gündür. İllər öncə bu gün yüzlərlə insan məni qucaqlayıb, “Toyun mübarək, xoşbəxt ol!” demişdi. İllər keçdikcə nə qədər doğru bir addım atdığımın fərqinə varıram. Bu illər ərzində çox sınaqlardan keçdik, bir çox çətinliklərə sinə gəldik. Bu ocağın sönməsi üçün günahdan qorxmayan mərdimazarlar əllərindən gələni etdilər. Belə məqamlarda isə əksinə – bir az da möhkəmləndik. İnsanın öz qismətini tapması bu fani dünyada verilən ən dəyərli hədiyyədir.  

Hədiyyən üçün təşəkkürlər, səxavətli Allahım”.

Qeyd edək ki, sənətçinin bu nikahdan Sara adlı qız övladı var.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 oktyabr 2025, 20:57
Top