Oğuzda maşın ağaca çırpıldı — 1 nəfər öldü

HADİSƏ 12 oktyabr 2025, 22:32
Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Padar-Böyük Söyüdlü yolunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “BMW” markalı avtomobil idarəetmədən çıxaraq ağaca cırpılıb. Nəticədə avtomobildə olan sərnişin, 21 yaşlı Rəvan Ağasəf oğlu Mirzəyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 oktyabr 2025, 20:57
Top