Oktyabrın 9-da Gəncə şəhərində yaşayış binasında baş verən partlayışda xəsarət alan şəxs xəstəxanada ölüb.
Demokrat.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində ağır xəsarət alan usta, 1989-cu il təvəllüdlü Elnur Qurbanov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, oktyabrın 9-da beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayış baş verib. Hadisə nəticəsində E.Qurbanovdan əlavə daha bir nəfər də xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.