Paşinyanın adamı kilsədə öldürüldü

DÜNYA 12 oktyabr 2025, 08:49
Ermənistanın Kotayk bölgəsinin Çarentsavan şəhərindəki kilsədə bir nəfər vəhşicəsinə qətlə yetirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, öldürülən şəxs dini ibadət üçün kilsəyə gəlib. Naməlum səbəblərdən kilsədə dərin bıçaq zərbələri alıb. Həmin şəxs xəstəxanaya çatdırılsa da, o, özünə gəlmədən ölüb.

Bəzi məlumatlara görə, həmin şəxs baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi  Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvü olub və məbəddə din xadimləri ilə mübahisə edib. Bəzi siyasətçilərin fikrincə, həmin şəxs kilsə ilə hakim partiya arasındakı çəkişmənin qurbanı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 oktyabr 2025, 10:36
12 oktyabr 2025, 09:21
12 oktyabr 2025, 00:07
11 oktyabr 2025, 22:58
Top