
Amerikalı aktrisa Dayan Kiton vəfat edib.
Axşam.az xəbər verir ki, aktrisa 79 yaşında Kaliforniyada dünyasını dəyişib.
Qeyd edək ki, Dayan "Qaydalı və qaydasız mükafat", "Xaç atası", "Enni Holl", "Eşq və ölüm", "Marvinin otağı", "Gəlin atası", "Sabahınız xeyir" kimi məşhur ekran işlərində rol alıb. O, karyerası ərzində "Qızıl qlobus", "BAFTA", "Oskar" kimi nüfuzlu mükafatlara layiq görülüb.