Azərbaycan Qiymətləndiricilər Palatasında vətəndaşların qəbulu üçün yeni mexanizm tətbiq olunur.
Palatanın İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən Demokrat.az-a verilən məlumata görə, qurumun sədri hər həftənin çərşənbə günü saat 14:00-dan 16:00-dək vətəndaşları qəbul edəcək.
Qəbulda qiymətləndirmə təşkilatlarının nümayəndələri, peşəkar qiymətləndiricilər, qiymətləndirmə rəylərindən narazı olan vətəndaşlar və sahəyə dair təklifləri olan şəxslər iştirak edə biləcəklər.
Palatadan bildirilib ki, vətəndaşların qəbulu "Vətəndaşların müraciətləri haqqında" Qanuna müvafiq olaraq təşkil olunur. Məqsəd qiymətləndirmə sahəsində şəffaflığı artırılmasına nail olmaq, vətəndaş müraciətlərinə daha operativ və effektiv reaksiya vermək, eyni zamanda ictimai nəzarət mexanizmini gücləndirməkdir. Qəbula yazılmaq istəyən şəxslər Paltanın rəsmi-web saytında qeyd olunan əlaqə vasitələri ilə öncədən qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası qiymətləndirmə fəaliyyəti sahəsində nəzarəti həyata keçirən tənzimləyici qurumdur. Palata qiymətləndiricilərin peşəkar hazırlığı, fəaliyyət standartlarına əməl olunması və qiymətləndirmə prosesinin obyektivliyini təmin etmək məqsədilə fəaliyyət göstərir. Qanunvericiliyə əsasən, ölkəmizdə qiymətləndirmə fəaliyyəti ilə yalnız Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan məşğul ola bilərlər.