“Türk NATO”su yaxın gələcəkdə reallığa çevrilə bilər — AÇIQLAMA

GÜNDƏM 13 oktyabr 2025, 18:53
“Türk Dövlətləri Təşkilatı hazırda yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu təşkilata üzv olan ölkələr arasında genişmiqyaslı inteqrasiya prosesi başlayıb. İlk növbədə siyasi-iqtisadi inteqrasiya modelinin tapılması istiqamətində addımlar atılıb. Bu da artıq effektini verməkdədir, Türk Dövlətləri Təşkilatı ümumi türk evinə çevrilmək üzrədir”.

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O bildirib ki, TDT-nin bu yüksəlişi dünyanın müxtəlif yerlərində ciddi narahatlıq da doğurub:

“Bəzi ölkələr tərəfindən bu təşkilata qarşı təbliğat aparılmağa başlayıb. Amma bu təbliğatın heç bir təsiri ola bilməz. Çünki TDT-yə üzv ölkələr qarşıya elə hədəflər qoyublar ki, bu təşkilat gələcəkdə Avropa Birliyinə bənzər qlobal, hərbi-siyasi iradə mərkəzinə çevrilə bilər. Son vaxtlar TDT-nin hərbi strukturlarının yaradılması barədə ideyaların səsləndirilməsi göstərir ki, yaxın gələcəkdə "Türk NATO"su reallığa çevrilə bilər. Bu ehtimal kifayət qədər yüksəkdir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top