"Vaşinqton bəyannaməsində ATƏT-in Minsk Prosesi və ona bağlı strukturların bağlanması ilə bağlı çağırış öz əksini tapıb".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O, bildirib ki, bu, tərəflərin həmin istiqamətdə razılığa gəldiyini göstərir və icrasının təmin olunması da təbiidir:
"Xüsusilə Azərbaycanın sülh sazişindən kənar olaraq irəli sürdüyü və icrasını tələb etdiyi bu detal mühüm əhəmiyyət daşıyır. Çünki Minsk Qrupu uzun müddətdir fəaliyyət göstərmirdi. Onun əsas missiyası münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçilik etmək idi. Lakin tərəflər artıq sülh müqaviləsinin şərtlərini razılaşdırdıqlarını və münaqişəni bağlamağa qərar verdiklərini bəyan etdiklərinə görə, Minsk Qrupunun legitimliyi və əhəmiyyəti avtomatik olaraq aradan qalxmış olur".
Politoloq bildirib ki, bu baxımdan ATƏT iştirakçı dövlətlərinin həmin qərarı qəbul etməsi xüsusi əhəmiyyət daşıyır:
"Bu, həm də beynəlxalq ictimaiyyətin regionda davamlı sülhün təmininə yeni yanaşmaya keçməsi deməkdir. ABŞ isə vasitəçi kimi prosesin növbəti mərhələlərində daha fəal iştirak edəcək".
Onun sözlərinə görə, ATƏT Baş katibi Feridun H. Sinirlioğlu və ATƏT Parlament Assambleyasının rəhbərliyi bəyannaməni tarixi nailiyyət kimi qiymətləndiriblər:
"Minsk Prosesinin və ona bağlı strukturların ləğvi ilə bağlı çağırışı nəzərə alsaq, ATƏT-in mövqeyi də diqqət çəkir. Feridun H. Sinirlioğlunun açıqlamasından belə nəticə çıxır ki, Minsk Prosesinin ləğvi yaxın zamanda reallaşa bilər".
Əfsanə Kamal
Demokrat.az