Rusiya siyasəti dəyişir: Overçuk dediklərində nə qədər səmimidir?

GÜNDƏM 15 avqust 2025, 19:30
"Bu proses, Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərinin normallaşmasına mühüm töhfə verə bilər. Hazırda həm Bakı, həm də İrəvanla münasibətlərdə, rəsmi Moskvanın yürütdüyü səhv siyasət nəticəsində, soyuqluq mövcuddur. Baş nazirin müavini Aleksey Overçukun regiona səfərindən sonra Rusiya ilə Bakı və İrəvan arasındakı müxtəlif mövzulu məsələlər optimist şəkildə həll edilərsə, xüsusilə Azərbaycanla baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya öz öhdəliklərini yerinə yetirərsə, tərəflər arasında heç bir problem qalmaya bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.

O deyib ki, halda münasibətlər əvvəlki səviyyəyə qayıdaraq davam etdirilə bilər:

"Azərbaycan tərəfi, Rusiya ilə mehriban qonşuluq münasibətlərinin davam etməsində maraqlıdır. Çünki strateji əməkdaşlıq haqqında müqavilə mövcuddur və onun şərtləri yerinə yetirilməlidir. Lakin Rusiya tərəfi, əgər Azərbaycanla münasibətlərin normallaşmasını istəyirsə, təyyarə qəzası ilə bağlı üzərinə düşən öhdəlikləri icra etməlidir. Bundan sonra isə dəhliz məsələsində artıq bu dəhlizi dəstəklədiklərini bəyan edə bilərlər".

Onun sözlərinə görə, bu proseslərdə Rusiya, ABŞ və digər ölkələr də Zəngəzur dəhlizi layihəsindən qazanc əldə edə bilər:

"Əvvəllər də vurğulandığı kimi, Zəngəzur dəhlizi elə bir əhəmiyyətli layihədir ki, həm region ölkələrinə, həm də beynəlxalq müstəvidə bütün tərəflərə fayda gətirə bilər. Yetər ki, ölkələr bu layihənin əhəmiyyətini düzgün qiymətləndirib, ona dəstək verərək prosesdə iştirak etsinlər".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top