"Bugünkü Tramp-Putin görüşündən ciddi nəticə gözlənilmir. Görüşdən əvvəlki müzakirələr və Ukraynanın ortaya qoyduğu mövqe onu deməyə əsas verir ki, bu görüşdə ciddi nəticələr əldə edilməyəcək. Sadəcə, görüşdən sonrakı mətbuat konfransında müsbət meyillərlə bağlı mesajlar verilsə, bu, nisbətən bazarların sabitləşməsi, o cümlədən qlobal iqtisadi artım istiqamətində meyillərin güclənməsi ilə bağlı investorlarda qənaət formalaşdıra bilər".
Bunu Demokrat.az-a iqtisadçı Rəşad Həsənov deyib. O bildirib ki, həmçinin, neftin qiymətində kiçik də olsa pozitiv istiqamətli artım müşahidə oluna bilər:

"Çünki müsbət meyillər Rusiya neftinə tətbiq olunacaq sanksiyaların gecikməsi, yaxud tətbiq edilməyəcəyi kimi qənaət formalaşdıra bilər. Amma ciddi qiymət artımları müşahidə olunmayacaq.
Əks istiqamətli mesajların verilməsi halında isə daha pessimist ssenari üzrə meyillər arta bilər. Çünki dünya iqtisadiyyatının inkişafı istiqamətində mövcud geosiyasi konjonktura maneə hesab edilir. Neqativ mesajlar bu istiqamətdə risklərin artacağına, dolayısı ilə qlobal iqtisadiyyatın artım tempində pozitiv gözlənti meyillərinin aşağı düşəcəyinə dair fikirlər yaradacaq. Həmçinin, Rusiyaya tətbiq ediləcək sanksiyaların dərinləşəcəyi istiqamətində yeni bir qənaət formalaşacaq.
Bugünkü görüşün nəticələri enerji bazarlarında ciddi təsiredici faktor olmayacaq. Bu nəticələr orta və uzunmüddətli dövrdə gözləntilərin yaranmasına gətirib çıxarmayacaq".
Cavidan Mirzəzadə
Demokrat.az