“TRIPP koridorunun açılması ilə bağlı müxtəlif şərhlər mövcuddur. Əslində, bu məsələnin regional sülhə verəcəyi töhfə xüsusi önəm daşıyır”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O, bildirib ki, Azərbaycanla Ermənistan arasında davamlı sülhün əsas şərtlərindən biri kommunikasiya xətlərinin açılmasıdır:
"Qarabağ işğaldan azad edildikdən sonra gündəmdə qalan əsas məsələlərdən biri Naxçıvana gedib-gəlməyin təmin olunması idi. Əks halda, bu problem gələcəkdə yeni münaqişələrə səbəb ola bilərdi".
Politoloq bildirib ki, koridorun açılması həm quru bağlantısını yaradacaq, həm də “maneəsiz hərəkət” prinsipinin tətbiqini təmin edəcək:
"Bu isə regional iqtisadi layihələrin inkişafına, yeni təşəbbüslərin reallaşmasına və bölgədə iqtisadi canlanmaya təkan verəcək. İnkişafın olduğu yerdə investisiya və yatırımlar da artır. Bunun nəticəsində regional təhlükəsizlik mühiti güclənir".
Onun sözlərinə görə, iqtisadi əlaqələrin genişlənməsi dövlətlər arasında qarşılıqlı asılılıq yaradır:
"Azərbaycan gələcəkdə Ermənistana qaz sata və müxtəlif layihələrdə iştirak edə bilər. Bu halda Ermənistan yolları bağlamaq və ya yeni işğal planları qurmaqda maraqlı olmayacaq. Bu, Ermənistanı iqtisadi baxımdan Azərbaycandan asılı vəziyyətə sala bilər. Əslində, iqtisadi asılılıq neqativ hal kimi görünsə də, qarşılıqlı maraqlar baxımından bu, müsbət nəticələr doğura bilər. Məsələn, bu gün Çin və ABŞ iqtisadi cəhətdən bir-birindən asılı olduqları üçün müharibə riskini aradan qaldırıblar".
Əfsanə Kamal
Demokrat.az