Ukrayna çalışacaq ki, Rusiya bunu qəbul etsin — AÇIQLAMA

SİYASƏT 20 avqust 2025, 17:15
"Dünənki görüşün əsas önəmli nəticəsi o oldu ki, Tramp Putini Zelenski ilə görüşə razı saldı və Rusiya tərəfi üçlü formatda görüşə hazır olduğunu bəyan etdi".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, Trampın Alyaska görüşündən sonra verdiyi açıqlamalar bütün dünyada narahatlıq yaratmışdı:

"Əgər bu təzyiq Ukrayna tərəfindən qəbul edilsəydi, ciddi bir precedenta yol açacaqdı, ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüququn çökməsi demək olacaqdı.

Avropa liderləri və Zelenski Trampın öz mövqeyində dəyişikliklər etməsinə çalışdılar və buna nail oldular.

Əsas nəticə Putinin Zelenski ilə görüşməyə razılaşması oldu. Bu, Putinin Zelenski ilə bağlı dediyi "Zelenski legitim prezident deyil" fikrini geri götürməsi deməkdir. Putin də müəyyən geri addımlar atır. Ukrayna maksimum çalışacaq ki, Rusiya bugünkü təmas xətti anlayışını qəbul etsin".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 avqust 2025, 19:30
Top