Quba rayonunda 41 yaşlı kişi ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 7-də rayonun kəndlərindən birinə baş verib.
Kənd sakini, 1984-cü il təvəllüdlü Əfsən həmin gün saat 8 radələrində fərdi yaşayış evində aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həyat yoldaşı Əfsanənin (adlar şərtidir – red.) sifət və bədəninin müxtəlif nahiyəsindən yumruqla vurub.
Hadisəni törədən Əfsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, martın 7-də, təxminən saat 8 radələrində həyat yoldaşı Əfsanənin anası onlara qonaq gəlməsi onun xoşuna gəlməyib: “Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zəminində həyat yoldaşımın sifət və bədəninin müxtəlif nahiyələrinə əlim ilə vuraraq döydüm. Mübahisəmiz təxminən 5-7 dəqiqə davam etdi. Mübahisə zamanı orada bizdən başqa kimsə olmayıb”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkənin ərinə qarşı şikayətinin geri götürməsini, onu bağışlamasını nəzərə alıb.
Bu səbəbdən Əfsənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli
Demokrat.az