“Ali məktəblərə ixtisas seçimi artıq başa çatıb. Ümumilikdə 86 min 459 abituriyent elektron ərizəsini təsdiqləyib”.
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
O, son rəqəmlərə görə, subbakalavrlar da daxil olmaqla vəziyyəti açıqlayıb:
"I ixtisas qrupu üzrə 20 min 385 plan yeri var. Bu yer uğrunda 23 min 919 abituriyent mübarizə aparır və nəticədə azı 3 min 534 nəfər ali məktəbə qəbul ola bilməyəcək.
II ixtisas qrupu üzrə 14 min 935 plan yeri üçün 19 min 40 abituriyent seçim edib. Buradan isə azı 4 min 105 nəfər tələbə adını qazana bilməyəcək.
III ixtisas qrupu üzrə 15 min 583 plan yeri var. 24 min 414 abituriyent müraciət edib. Bu qrupdan azı 8 min 831 nəfər universitetə qəbul olmayacaq.
IV ixtisas qrupu üzrə 4 min 732 plan yeri üçün 6 min 966 abituriyent sənəd verib. Bu qrupa görə azı 2 min 234 nəfər kənarda qalacaq.
V ixtisas qrupu üzrə 4 min 704 plan yeri var. 16 min 517 nəfər müraciət edib. Buradan isə azı 11 min 813 nəfər tələbə ola bilməyəcək".
Ekspert bildirib ki, eyni abituriyent bir neçə qrup üzrə ixtisas seçə bilib:
"2025/2026-cı tədris ili üçün 60 min 489 plan yeri ayrılıb. Bunun 28 min 401-i dövlət sifarişi, 32 min 88-i isə ödənişli əsaslardadır.
Statistika göstərir ki, azı 30 517 abituriyent universitetə qəbul ola bilməyəcək. Üstəlik, səhv seçim edənlərin sayına görə bu rəqəm daha da yüksək ola bilər".
Əfsanə Kamal
Demokrat.az