YapiKredi Müraciət Forması
Özəl Gündəm

Sosial şəbəkələrdə yayılan bu video süni intellektlə hazırlanıb — Rəsmi

Sosial şəbəkələrdə yayılan bu video süni intellektlə hazırlanıb — Rəsmi

Sosial şəbəkələrdə naməlum avtobus şəbəkələrindən birinə aid olduğu iddia edilən video yayılıb.

Demokrat.az xəbər verir ki, görüntülərdə avtobusun arxa hissəsindəki "STOP" yazısının "TOXTA" yazısı ilə əvəz edildiyi əks olunub.

Görüntülərin süni intellekt vasitəsilə hazırlanıb-hazırlanmadığı məlum deyil.

Məsələ ilə bağlı müvafiq qurumlara sorğu ünvanladıq.

"Xaliq Faiqoğlu" şirkətindən görüntülərin onlara məxsus avtobusa aid olmadığı bildirilib.

Bununla yanaşı, şirkət nümayəndəsi görüntülərin həqiqəti əks etdirmədiyini qeyd edib.

"Baku Bus MMC"dən isə görüntünün süni intellekt vasitəsi ilə hazırlandığı bildirilib.