"Diriliş Ertuğrul" serialını izləyən zaman güclü həyəcan yaşayan kişi infarkt keçirib.
Demokrat.az milli.az-a istinadən xəbər verir ki, vəziyyəti pisləşən şəxs Bakıda xəstəxanaya yerləşdirilib.
Müayinələr nəticəsində ona infarkt diaqnozu qoyulub və vaxt itirilmədən əməliyyata götürülüb.
Həkimlər pasiyentin ürək damarına stent yerləşdirərək müdaxiləni həyata keçiriblər.


