31 yaşlı kişi əri ilə barışmaq istəyən bacısını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 21 avqust 2025, 18:26
Quba rayonunda 34 yaşlı kişi bacısına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin  fevralın 28-də rayonun kəndlərindən birində baş verib. 

Kənd sakini, 1991-ci il təvəllüdlü Ənvər həmin gün saat 10:20-də evində aralarında yaranmış mübahisə zamanı bacısı Könülün (adlar şərtidir – red.) şəxs sifət nahiyyəsindən əl ilə bir pozulmasına səbəb olmuş xəsarətlər yetirib. 

Hadisəni törədən Ənvərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun doğma bacısıdır: “Boşandıqdan sonra mənimlə birlikdə bir evdə yaşayır. Fevralın 28-də, saat 10 radələrində Könül evdən çıxaraq keçmiş ərinin yanına getmək istədi. Mən də getməsinə icazə vermədiyim üçün aramızda mübahisə yarandı. Əsəbləşərək onun sol sifət nahiyyəsindən bir dəfə şillə ilə vurdum. Hadisədən sonra bacımla barışmaq istəsəm də, barışmaq istəmir. 2019-cu ildə bacımın yoldaşı ilə
dalaşdığıma görə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyimə görə cinayət məsuliyyətinə cəlb edilmişəm. Lakin aramızda barışıq olduğundan barəmdə olan cinayət təqibinə xitam verilib”.

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ənvərin barəsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.

Təqsirləndirilən şəxsə təyin olunan cəza müddətində Quba rayonunun hüdudlarını tərk etməsi qadağan olunub. Onun üzərinə cəza çəkmə müddətində axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 18:15
Top