“2025-ci ilin yanvar–iyul aylarında Azərbaycanın Çinlə ticarət dövriyyəsinin 26,8 faiz artması çox önəmli göstəricidir. Bu, həm iqtisadi, həm də siyasi baxımdan ölkəmiz üçün üstünlüklər yaradır”.
Bu sözləri iqtisadçı-ekspert Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, Çin çox böyük bazardır:
“Orada milyonlarla insan istehlakçı kimi iştirak edir və bu, Azərbaycan məhsulları üçün geniş imkanlar deməkdir. Ticarət dövriyyəsinin artması o deməkdir ki, bizim məhsullarımız daha çox Çinə satılır və ölkəyə əlavə gəlir gətirir. İxracdan gələn valyuta ölkə iqtisadiyyatı üçün mühüm rol oynayır. Azərbaycan əsasən enerji məhsulları ixrac edir, Çin isə bu məhsullara böyük tələbatı olan ölkələrdəndir. Çinlə artan ticarət gələcəkdə daha çox investisiyanın cəlb olunmasına səbəb ola bilər. Çin şirkətləri artıq regionda nəqliyyat, logistika və sənaye sahələrinə maraq göstərirlər. Ticarət əlaqələrinin böyüməsi onların Azərbaycana sərmayə yatırmaq imkanlarını da artırır. Azərbaycanın geosiyasi mövqeyi də güclənir. Ölkəmiz Çin üçün Avropaya çıxış baxımından strateji tranzit rolunu oynayır. Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr bu kontekstdə daha da önəmli olur”.
Leyla Turan
Demokrat.az